Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək

Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək.
BrendSport.az xəbər verir ki, 36 ölkədən 425 idmançının iştirak edəcəyi qitə birinciliyində Azərbaycan güləşçiləri də mübarizə aparacaqlar.
Çempionatın ilk 3 günündə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Turnirin birinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər yarışacaqlar.
Milli komandamızın üzvlərindən Əliabbas Rzazadə (57 kq) Beşir Alili (Şimali Makedoniya), Zirəddin Bayramov (65 kq) rusiyalı Abdulməcid Kudiyev, Cəbrayıl Hacıyev (70 kq) gürcüstanlı Georgi Elbakidze, İslam İlyasov (97 kq) isə Rusiya idmançısı Aslanbek Sotiyev ilə qarşılaşacaq.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş