Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün oynanılacaq 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq



Dekabrın 12-də oynanılacaq 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

BrendSport.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Qrupun digər oyununda növbəti mərhələyə vəsiqə qazanan iki komanda Kiprin APOEL və İspaniyanın “Sevilya” klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, artıq 13 komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Bunlar APOEL (Kipr), “AZ Alkmaar” (Hollandiya), “Bazel” (İsveçrə), “Braqa” (Portuqaliya), “Seltik” (Şotlandiya), “Espanyol” (İspaniya), “Gent” (Belçika), “LASK Linz” (Avstriya), “Mançester Yunayted”, “Sevilya” (İspaniya), “Sportinq” (Portuqaliya), “Volfsburq” (Almaniya), “Vulverhempton” (İngiltərə) komandalarıdır. Digər 11 vəsiqənin sahibi isə bu gün müəyyənləşəcək.


Facebook-da paylaş

Xəbəri paylaş