Faydalı saytlar


Reklam



“Tokio 2020”: voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı dəqiqləşib



Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı dəqiqləşib.

BrendSport.az xəbər verir ki, matçlar Braziliyanın Uberlandiya şəhərində keçiriləcək. Avqustun 1-də “D” qrupu üzrə keçirilən oyunlarda Braziliya Kamerun (21:15), Dominikan Respublikası Azərbaycanla (23:45) mübarizə aparacaq.

Avqustun 2-də Braziliya Azərbaycan (21:15), Kamerun Dominikan Respublikası (23:45) ilə gücünü sınayacaq. Avqustun 3-də isə Braziliya Dominikan Respublikası (17:00) ilə, Azərbaycan Kamerunla (19:00) mübarizə aparacaq.


Facebook-da paylaş