Stend atıcılarımız dünya kuboku yarışında mübarizə aparacaqlar
Mayın 10-18-də Koreya Respublikasının Çxanvon şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək.
BrendSport.az xəbər verir ki, turnirdə Azərbaycan milli komandasının beş üzvü iştirak edəcək. Trap yarışlarında Əli Hüseynli və Aydan Camalova həm fərdi, həm də qarışıq cütlüklərin yarışlarında güclərini sınayacaqlar. Skit növündə isə Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftaxətdinova mübarizə aparacaqlar.
Dünya kubokunda 58 ölkədən 360 idmançı iştirak edəcək.
Facebook-da paylaş