Boks üzrə Azərbaycan millisi təlim-məşqləri davam etdirir
Kişi boksçulardan ibarət Azərbaycan millisi Göygöl Olimpiya İdman Kompleksində hazırlıqdan sonra Bakıda Boks Mərkəzində təlim-məşqləri davam etdirir.
BrendSport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi ilə keçirilən məşqlər boksçularımızın fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və daha sonra Bolqarıstanda baş tutacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.
Məşqlərin gedişində turnirlərdə çıxış edəcək heyətlər müəyyənləşəcək.
Facebook-da paylaş