Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xorvatiya ilə oyun üçün müvəqqəti baş məşqçi



BrendSport.az xəbər verir ki, Milli komandamıza baş məşqçi tapa bilməyən AFFA çıxış yolu fikirləşib. Danışıqların yubanması və müsbət yekunlaşmaması üzündən gözləməyə imkan qalmayıb.

Onsuz da AFFA çox gecikib. Avro-2020-nin seçmə mərhələsinə az qaldığından heç kimlə anlaşmaq olmur, gəlmək istəyənlər də hansısa vəd vermir. Xüsusilə ilk oyunun martın sonunda Xorvatiyada olması danışıqların gedişinə təsir edir. Heç bir məşqçi mümkün darmadağınla siftə etmək niyyətində deyil.

AFFA çıxış yolu kimi təyinatı bu matçdan sonraya saxlamağı düşünüb. Belə ki, Xorvatiya ilə oyuna millini müvəqqəti məşqçi çıxarmalıdı. Bu, adı daha çox hallanan Şahin Diniyev də ola bilər, Məşqçilər Komitəsinin hər hansı başqa üzvü də. Sonrakı oyunlar isə iyundadı və ovaxtadək yeni məqşiylə bağlı qərar veriləcək.

Problem yalnız kimin bir oyun üçün millidə işləməyə razılıq verəcəyidi. Faktiki bu matç intihara getməkdi. Çünki mümkün darmadağın həmin şəxsin karyerasında qara ləkə olacaq. Bununla belə, baş katib Elxan Məmmədov hansısa vasitələrlə və ya şirin dillə kimisə razı salacaq. Ondan sonra isə daha rahat təqvim üçün bir əcnəbi ilə müqavilə bağlanacaq.

Bu plan maraqlıdı, amma utancvericidi. “Yuxarılar” “heç kimlə razılaşmaq olmur” yalanı ilə aldadılır. Məqsəd həm həmin əcnəbini pis başlanğıcdan qorumaq, həm də yaxşı büdcəyə razılıq almaqdı. Amma belə anlaşma heç kimə baş ucalığı gətirməyəcək. İdman ölkəsinin bir nömrəli komandası seçmə mərhələyə müvəqqəti məşqçiylə başlamamalıdı.


Facebook-da paylaş

Xəbəri paylaş