“Tata Steel Masters-2019”: Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə məğlub olub
“Tata Steel Masters-2019” turnirində şahmatçılarımız daha bir turu başa vurublar.
BrendSport.az xəbər verir ki, növbəti partiyada azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Ananda məğlub olub, Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib.
Qeyd edək ki, dünya üçüncüsü olan şahmatçımız Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Digər təmsilçimiz T.Rəcəbov isə 1 oyunda qalib gəlib, qalan partiyaları heç-heçə başa vurub.
Səkkizinci turun oyunları davam edir.
Facebook-da paylaş