Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: "Oyunların təxirə salınmasını xoşlamıram"



"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premeyr Liqasında "Zirə"yə evdə 3:2 hesabıyla qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib.

Təcrübəli çalışdırıcı əvvəlcə oyun haqda düşüncələrini bölüşüb:

- Vacib 3 xal qazandıq. Hər şey planlaşdırığımız kimi alındı. "Zirə" çox yaxşı oyun göstərdi. Bu oyuna görə öz yerlərində deyillər. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı "Zirə" görəcəyik. Futbolçularımızı təbrik edirəm. İlin sonunadək həddən artıq sıx qrafikdəyik. İş rejimimizi daha da yaxşılaşdırmalıyıq. Bələdə ən çox peşəkar olduğumuz bu il olmalıdı. İnanıram ki, futbolçularımız bu çətin işin öhdəsindən gələcək.

- Hələ ilk hissədə zədələnərək əvəzlənən Donald Gerryenin vəziyyəti necədi?

- Onun çiyni çıxmışdı. həkimlər yerinə salıblar. Hələ ki, başqa məlumat yoxdu.

- Rəqib autsayderdi və ondan 2 qol buraxdınız…

- Hiss olundu ki, komandamız 2:0-dan sonra rahatlaşdı. Mirsahib Abasov gözəl qol vurdu. Xeyli qol imkanından istifadə edə bilmədik. Tez toparlandıq və futbolçularımız 3 xalı əldən vermədilər.

- Bu gün qapıda islandiyalıya yer verdiniz. Hannes Halldorssondan razı qaldınız?

- Qolların hər ikisi çox gözəl oldu. İnanmıram ki, qapıçılıq bir şey olsun. Hər 3 qapıçıya əsas heyət üzvü kimi baxıram.

- Bu gün daha çox əsas heyət oyunçuları meydanda oldu...

- Əvvəlki oyunda xeyli futbolçuya istirahət vermişdik. Bu gün oynamayanları buraxmışdıq. İstəmiridik ki, çox formadan düşsünlər. Bəli, əsas heyət oyunçusu bu gün çox idi. Yenə düşünməyimiz lazım olacaq ki, necə heyəti quraq.

- "Keşlə"ylə oktyabrın 6-dakı matçı təxirə salacaqsız?

- Oyunların təxirə salınmasını xoşlamıram. Ancaq oktyabrın 4-də "Arsenal"la oynayırıq. Bundan 2 gün sonra oynaya bilmərik. 7-nə keçirsək, millinin oyuna hazırlşamağa 4 gün vaxtımız olacaq. Sabahdan təxirə salınmayla bağlı müraciət edəəcyik. Çox istəyirik oynayaq. Ancaq bu, elə bir an oldu ki, 2 gün sonra oynamaq mümkün deyil. Həm "Keşlə", həm də PFL-dən xahiş edəcəyik ki, oyun təxirə salınsın.


Facebook-da paylaş

Xəbəri paylaş