Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatçılarımızın yeni FİDE reytinqi

Şahmatçılarımızın yeni FİDE reytinqi

FİDE yeni reytinq siyahısını açıqlayıb. Avqust üçün müəyyənləşən siyahıda Azərbaycan millisinin 6 üzvü yer alıb.

Qrossmeysterlərimiz arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdu. Aktivində 2801 xalı olan həmyerlimiz siyahıda yenə 3-cüdü. O, norveçli Maqnus Karlsen (2841) və ABŞ şahmatçısı Fabiano Karuana (2821) geri qalır.

Hesabında 2751 xalı olan Teymur Rəcəbov 17-ci pillədəki mövqeyini qoruyub. Milliləşən qrossmeysterimiz Arkadi Naydiç xal hesabını 2711-ə çatdıraraq, 15 pillə irəliləyib. O, hazırda dünyanın 32-cisidi.

Naydiçdən 3 xal geri qalan Rauf Məmmədov 1 pillə geriləyərək, 38-ci yerə enib. 7 rəqibini qabaqlayan Eltac Səfərli 64-cü pillədə qərarlaşıb. O, 2676 xala malikdi.

Ötən ayla müqayisədə Qədir Hüseynov ilk “100-lüy”ə daxil olub. Hesabında 2665 xal olan şahmatçı 26 pilləlik sıçrayışla 75-ci yerə yüksəlib.

Xanım şahmatçıların “Top-100”ündə yeganə təmsilçimiz Günay Məmmədzadədi. 2425 xala malik həmyerlimiz 39-cu yerdədi. O, son cədvəllə müqayisədə 2 pillə aşağı düşüb. Bu siyahıya isə çinli Yifan Hu başçılıq edir – 2657 xal.


Facebook-da paylaş

Xəbəri paylaş