Azərbaycanın paralimpiya çempionu dünya reytinqində liderliyini qoruyur

Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.
BrendSport.az xəbər verir ki, Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov 521.10 xalla 70 kiloqram çəki dərəcəsində liderliyini davam etdirir.
58 kiloqramda Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov 329.65 xalla 4-cü pillədə qərarlaşıb.
Amin Şıxalıyev (63 kiloqram) ötən reytinq cədvəli ilə müqayisədə 31.25 xalla 6 pillə irəliləyərək 22-ci sıraya yüksəlib, Orxan Cəfərov da (80 kiloqram) səkkiz pillə irəliləyərək 42.64 xalla 22-ci pillədə yer alıb.
Facebook-da paylaş





















