Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın 5 oğlan boksçusu MDB Oyunlarının finalına yüksəlib, 9-u bürünc medal qazanıb



Bu gün MDB Oyunlarında oğlan boksçular arasında yarımfinal döyüşləri keçirilib.

BrendSport.az
xəbər verir ki, yarışda Azərbaycan millisinin 14 idmançısı finala vəsiqə uğrunda mübarizə aparıb. Boksçularımızdan 5-i həlledici mərhələyə yüksəlib, 9-u isə bürünc medala layiq görülüb.

Belə ki, Qardaş Rəhimov (46 kiloqram), Şahin Aslanov (60 kiloqram), Səfdər Məmmədzadə (+80 kiloqram), Əli Əliyev (48 kiloqram) və Əli Abaslı (52 kiloqram) yarımfinalda qalib gələrək finala vəsiqə qazanıb.

Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Toğrul Quliyev (60 kiloqram), Şikar Əliyev (75 kiloqram), Əflatun İsmiyev (57 kiloqram), Raul Heydərli (57 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram) və İsmayıl Vəliyev isə (80 kiloqram) yarımfinal döyüşlərində məğlub olaraq bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, oğlan boksçular arasında final qarşılaşmaları oktyabrın 5-də keçiriləcək.







Facebook-da paylaş

Xəbəri paylaş