Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan boksçuları MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək



Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək.

BrendSport.az
xəbər verir ki, Bakıda ilkin mərhələni başa vuran yığma növbəti təlim-məşq toplanışını Sincan-Uyğur Muxtar Rayonunda keçəcək.

Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədov Çində Əli Abaslı (48 kiloqram), Ayxan Həsənov, Məhəmməd Rəsulov (hər ikisi 50 kiloqram), Sadiq Musayev (52 kiloqram), Tunar Mehdiyev, İbrahim Bədəlli (hər ikisi 54 kiloqram), Raul Heydərli, Yusif Əliyev (hər ikisi 57 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram) və Səftər Məmmədzadəni (+80 kiloqram) yoxlayacaq.

Komanda burada yerli boksçularla hazırlaşacaq, sınaq döyüşləri keçirəcək.

Qeyd edək ki, bu gün səfərə yollanacaq milli sentyabrın 1-də Bakıya qayıdacaq.


Facebook-da paylaş

Xəbəri paylaş