Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi olub



Azərbaycan güləşçiləri bu ay Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlığı Bakıda davam etdirirlər.

BrendSport.az
xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub.

Məşq prosesində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri iştirak edirlər. İdmançılar həm fiziki, həm də taktiki baxımdan son çalışmalarını həyata keçiriblər.

Sərbəst güləşçilər sentyabrın 11-də, qızlar 13-də, yunan-Roma millisi isə 16-da turnirin keçiriləcəyi şəhərə yola düşəcəklər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.








Facebook-da paylaş

Xəbəri paylaş