Əsas Səhifə > Milli komandalar > Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi olub
Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi olubBu gün, 11:30 |
![]() Azərbaycan güləşçiləri bu ay Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlığı Bakıda davam etdirirlər. BrendSport.az xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub. Məşq prosesində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri iştirak edirlər. İdmançılar həm fiziki, həm də taktiki baxımdan son çalışmalarını həyata keçiriblər. Sərbəst güləşçilər sentyabrın 11-də, qızlar 13-də, yunan-Roma millisi isə 16-da turnirin keçiriləcəyi şəhərə yola düşəcəklər. Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq. ![]() ![]() ![]() Geri qayıt |