Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilib



Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.

BrendSport.az
xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.

O, yığmanın DÇ-2026-nın seçmə mərhələsinin II turunda evdə Ukraynaya qarşı keçirəcəyi oyundan öncə təşkil olunan mətbuat konfransında portuqaliyalı mütəxəssislə yolların qarşılıqlı razılıq əsasında ayrıldığını bildirib.

«AFFA İcraiyyə Komitəsinin iclası oldu. Orada Santuşla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək barədə qərar qəbul olundu», — deyə AFFA-nın baş katibi deyib.

Baş katib milli komandanı Ukrayna ilə sabahkı matçda meydana U-21 yığmasının çalışdırıcısı Ayxan Abbasovun çıxaracağını əlavə edib.

Qeyd edək ki, Fernandu Santuşun AFFA ilə 2027-ci ilə qədər müqaviləsi var idi.


Facebook-da paylaş

Xəbəri paylaş