Airbadminton üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib

Avropa Oyunları Parkında airbadminton üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.
BrendSport.az xəbər verir ki, yarımfinalda Bolqarıstan seçməsinə 60:43 hesabı ilə qalib gələn yığmamız finala yüksəlib.
Komanda həlledici qarşılaşmada Almaniya kollektivi ilə qarşılaşacaq. Final görüşü bu gün saat 20:30-da başlayacaq.
Facebook-da paylaş
