Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Universiadanı 4 medalla 24-cü pillədə başa vurub



Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasına yekun vurulub.

BrendSport.az
saytı xəbər verir ki, Azərbaycan komandası tələbə oyunlarını dörd medalla başa vurub.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib. Digər medalı isə Universiadada ikinci yeri tutan cüdoçu Elcan Hacıyev qazanıb.

Beləliklə, Azərbaycan iki qızıl və iki gümüş medalla Universiadanı ölkələrin ümumi sıralamasında 24-cü pillədə tamamlayıb.

Qeyd edək ki, ilk üç pilləni, müvafiq olaraq, Yaponiya (34 medal), Çin (30) və ABŞ (28) tutub.


Facebook-da paylaş

Xəbəri paylaş