Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzub
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
BrendSport.az xəbər verir ki, yığma V turda doğma meydanda Şimali Makedoniyanı qəbul edib.
Bakı İdman Sarayında oynanılan görüş rəqibin 37:22 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında səfərdə keçirilən qarşılaşmada da Şimali Makedoniya qalib gəlmişdi – 40:17.
Qeyd edək ki, qrupda bir qələbəsi olan Azərbaycan millisi 2 xalla dördüncü pillədə qərarlaşıb.
Facebook-da paylaş