Azərbaycanın U-21 yığması Şimali İrlandiyaya uduzub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2025-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasını qəbul edib. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 40-cı dəqiqədə yığmanın heyətində Camal Cəfərov penaltini boşa verib.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Serbiyaya məğlub olub - 0:2.
Facebook-da paylaş