Əsas Səhifə > Gənclər > Azərbaycanın U-21 yığması Şimali İrlandiyaya uduzub

Azərbaycanın U-21 yığması Şimali İrlandiyaya uduzub


12-10-2023, 21:40



21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2025-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasını qəbul edib. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 40-cı dəqiqədə yığmanın heyətində Camal Cəfərov penaltini boşa verib.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Serbiyaya məğlub olub - 0:2.
Geri qayıt