Azərbaycanın U-21 millisi bu gün növbəti oyununu keçirəcək
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki , Samir Əliyevin baş məşqçi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edəcək.
"Azərsun Arena"dakı qarşılaşma saat 18:00-da start götürəcək. Görüşün baş hakimi bolqarıstanlı Georgi Davidov olacaq.
F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqun, Serbiya İngiltərənin qonağı olacaq.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub.
Facebook-da paylaş