Əsas Səhifə > Gənclər > Azərbaycanın U-21 millisi bu gün növbəti oyununu keçirəcək
Azərbaycanın U-21 millisi bu gün növbəti oyununu keçirəcək12-10-2023, 09:17 |
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. BrendSport.az xəbər verir ki , Samir Əliyevin baş məşqçi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edəcək. "Azərsun Arena"dakı qarşılaşma saat 18:00-da start götürəcək. Görüşün baş hakimi bolqarıstanlı Georgi Davidov olacaq. F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqun, Serbiya İngiltərənin qonağı olacaq. Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub. Geri qayıt |