Azərbaycan millisi bu gün Malta yığmasını qəbul edəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, komandamız "ASK Arena"da Malta millisini qəbul edəcək.
Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Reka Molnar olacaq. Ona Katalin Török və Noemi Hegedus-Barath kömək edəcəklər. Dördüncü hakim funksiyasını Reka Bognar yerinə yetirəcək.
Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Rusiya və Monteneqroya (hər iki oyun 0:2) məğlub olub.
Facebook-da paylaş