Əsas Səhifə > Milli komandalar > Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzub

Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzub


3-04-2024, 18:45


Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, yığma V turda doğma meydanda Şimali Makedoniyanı qəbul edib.

Bakı İdman Sarayında oynanılan görüş rəqibin 37:22 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında səfərdə keçirilən qarşılaşmada da Şimali Makedoniya qalib gəlmişdi – 40:17.

Qeyd edək ki, qrupda bir qələbəsi olan Azərbaycan millisi 2 xalla dördüncü pillədə qərarlaşıb.
Geri qayıt