Erlinq Holann 2023-cü ilin ən məhsuldar futbolçusu ünvanını ələ keçirib
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.
BrendSport.az xəbər verir ki, norveçli hücumçu Premyer Liqanın X turunda “Mançester Yunayted”lə görüşdə dubl edərək buna nail olub.
Bununla cari ildə klubun və millinin heyətində keçirdiyi bütün matçlarda ümumi qollarının sayını 44-ə çatdıran 23 yaşlı forvard portuqaliyalı Kriştianu Ronaldonu geridə qoyub. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusunun hesabında 43 qol var.
Qeyd edək ki, “Mançester Siti” səfərdə “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib.
Facebook-da paylaş