Azərbaycan şpaqaçısı beynəlxalq turnirdə altıncı olub
Azərbaycan şpaqaçısı Kənan Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq "Belgrade Trophy" turnirində altıncı olub.
BrendSport.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran idmançı ən güclü “32-liy”ə yüksəlmək uğrunda keçirilən görüşdə serbiyalı Lika Nikoliçə 15:12 hesabı ilə qalib gəlib.
O, növbəti mərhələdə ukraynalı Roman Samoilovu 15:11 hesabı ilə məğlub edib. K. Əliyev 1/4 finala gedən yolda Böyük Britaniya təmsilçisi Ceyms Qoveni (15:10) mübarizədən kənarlaşdırıb.
Şpaqaçı yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə isə turnirin qızıl medalçısı niderlandlı Tristan Tulenə 8:15 hesabı ilə uduzub.
Facebook-da paylaş