Erlinq Holannd Norveç millisinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann Norveç millisinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib.
BrendSport.az xəbər verir ki, o, buna Gürcüstana 2:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda nail olub.
Görüşdə hesabı açan forvard yığmada 25-ci dəfə fərqlənməklə 1949-1960-cı illərdə millidə çıxış edən Harald Ove Hennuma çatıb.
Norveç yığmasının rekordçusu 33 qolla Yorgen Juvedir.
Facebook-da paylaş