Əsas Səhifə > Milli komandalar > Erlinq Holannd Norveç millisinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib

Erlinq Holannd Norveç millisinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib


13-09-2023, 11:30


İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann Norveç millisinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib.

BrendSport.az
xəbər verir ki, o, buna Gürcüstana 2:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda nail olub.

Görüşdə hesabı açan forvard yığmada 25-ci dəfə fərqlənməklə 1949-1960-cı illərdə millidə çıxış edən Harald Ove Hennuma çatıb.

Norveç yığmasının rekordçusu 33 qolla Yorgen Juvedir.
Geri qayıt