Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Azərbaycan millisi qrupun son oyununda İsveçə məğlub olub



Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşıblar.

Yığmamız rəqibdən yalnız bir set ala bilib. Ümumi nəticədə isə isveçlilər 3:1 (25:17, 17:25, 25:21, 25:18) hesablı qələbə qazanıblar.

Digər matçda Yunanıstanı 3:0 hesabı ilə üstələyən Türkiyə millisi qrup birinciliyini təmin edib. Azərbaycan seçməsi isə 5-ci pilləyə düşüb. Millimiz yalnız bir halda qrupda dördüncü yeri tutaraq, növbəti mərhələyə adlaya bilər. Bunun üçün Çexiya son tur oyununda "quru" hesabla uduzmalıdır.

Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş