Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin kapitanı: "Almaniya ilə oyunda da qələbə qazanmaq istəyirik"



"Dünən sərgilədiyimiz oyunu göstərərək bu gün də qələbə qazanmaq niyyətindəyik".

BrendSport.az
xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Avropa çempionatında Almaniya seçməsinə qarşı keçirəcəkləri qrup mərhələsinin II turunun matçı ilə bağlı danışarkən deyib.

30 yaşlı oyunçu meydan sahibləri ilə duelin əsas görüşlərdən biri olduğunu bildirib.

Abduləzimova Çexiya yığması üzərindəki qələbə münasibəti ilə komandanı və azarkeşləri təbrik edib.

Qeyd edək ki, Azərbaycan - Almaniya qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Milli ilk oyunda Çexiyanı 3:0 hesabı ilə üstələyib.


Facebook-da paylaş

Xəbəri paylaş