“Avro-2021”: Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşacaq
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir. Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur.
Komandamız qrupda üçüncü oyununu Rusiya yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər.
Yığmamız Belçika və Bosniya və Herseqovina milli komandaları ilə oyunlarda 0:3 hesabı ilə məğlub olub.
Millimiz avqustun 24-də Serbiya, ertəsi gün isə Fransa ilə qarşılaşacaq.
Hesabında 3 xal olan Belçika, Serbiya, Rusiya, Bosniya və Herseqovina qrupda ilk dörd pillədə yer alıblar. Qələbə qazana bilməyən Fransa və Azərbaycan yığmaları 5-6-cı pillədə qərarlaşıblar.
Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.
Facebook-da paylaş