Azərbaycan millisinin futbolçusu İtaliya nəhənginə qarşı çıxış edib
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniya klubu “Eqnatiya”nın heyətində İtaliya nəhəngi “İnter”ə qarşı yoxlama görüşündə iştirak edib.
BrendSport.az xəbər verir ki, yarımmüdafiəçi təlim-məşq toplanışı çərçivəsində Milanda baş tutan qarşılaşmanın son 15 dəqiqəsində meydanda olub.
İsgəndərli komandası hesabda 2:1 öndə olarkən, 75-ci dəqiqədə mübarizəyə qoşulub. Bundan sonra 3 qol vuran “İnter” 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya”ya ötən ay “Sumqayıt”dan keçib. Albaniya çempionatında 2023/2024 mövsümü avqustun 19-da start götürəcək.
Facebook-da paylaş