Vüsal İsgəndərli: "Ararat"la oyun üçün İrəvana gedirəm, menecer biletimin alındığını söylədi"
"İnşallah mən də oyuna gedirəm".
BrendSport.az xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib: "Menecer dedi ki, biletin alınıb, gedirsən".
Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk matçını iyulun 13-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra evdə keçirəcək.
Facebook-da paylaş