Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cəbəllütariq klubu "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş edib



Cəbəllütariqin "Linkoln" komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

BrendSport.az
xəbər verir ki, "cırtdan" ölkə təmsilçisi 22 futbolçu sifariş edib.

Baş məşqçi Xavyer Munyosun siyahıya daxil etdiyi oyunçulardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: Deyl Kolinq, İvan Villanueva, Nauset Santana

Müdafiəçilər: Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano

Yarımmüdafiəçilər: Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi

Hücumçular: Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro, Xuan Penya

Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş