"Qarabağ"ın rəqibi hücumçusunu İngiltərə klubuna icarəyə verib
Cəbəllütariqin "Linkoln" komandası "Qarabağ"la UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi futbolçusu Freddi Dreyperi icarəyə verib.
BrendSport.az xəbər verir ki, 19 yaşlı hücumçu növbəti mövsümü İngiltərənin "Uolsoll" komandasında keçirəcək. Artıq gənc forvardla müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.
Facebook-da paylaş