"Qarabağ"ın 47 yaşlı rekordçu rəqibi: Adını İngiltərə təmsilçisindən götürmüş komanda
"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Cəbəllütariq "Linkoln"u 1976-cı ildə yaradılıb.
BrendSport.az xəbər verir ki, "cırtdan" ölkə təmsilçisi İngiltərənin "Linkoln Siti" klubunun şərəfinə bu cür adlandırılıb.
Ləqəbi "qırmızı iblislər" olan komanda ev oyunlarını 2 000 tamaşaçı tutumuna malik "Viktoriya" stadionunda keçirir.
1981/1982 mövsümündən yüksək liqada çıxış edən "Linkoln" 27 dəfə Cəbəllütariq çempionu olub və bu göstəricidə ölkə rekordçusudur. UEFA reytinqində 197-ci pillədədir.
"Linkoln"un prezidenti Dilan Viaqasdır. Kollektivə ispaniyalı mütəxəssis Xavi Munyos rəhbərlik edir. Komandanın kapitanı isə Roy Çipolinadır.
Qeyd edək ki, "Linkoln" Azərbaycan klublarının avrokuboklarda üz-üzə gələcəyi ilk Cəbəllütariq təmsilçidir.
Facebook-da paylaş