Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin futbolçusu İtaliya nəhənginə qarşı çıxış edib

Azərbaycan millisinin futbolçusu İtaliya nəhənginə qarşı çıxış edib


14-08-2023, 10:00


Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniya klubu “Eqnatiya”nın heyətində İtaliya nəhəngi “İnter”ə qarşı yoxlama görüşündə iştirak edib.

BrendSport.az
xəbər verir ki, yarımmüdafiəçi təlim-məşq toplanışı çərçivəsində Milanda baş tutan qarşılaşmanın son 15 dəqiqəsində meydanda olub.

İsgəndərli komandası hesabda 2:1 öndə olarkən, 75-ci dəqiqədə mübarizəyə qoşulub. Bundan sonra 3 qol vuran “İnter” 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya”ya ötən ay “Sumqayıt”dan keçib. Albaniya çempionatında 2023/2024 mövsümü avqustun 19-da start götürəcək.
Geri qayıt