Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti dəfə heç-heçə edib
Latviyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin yığma komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.
BrendSport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
Azərbaycan yığmasının heyətində 36-cı dəqiqədə Sevinc Cəfərzadə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında iyulun 14-də keçirilmiş ilk matç da 1:1 hesabı ilə nəticələnmişdi.
Facebook-da paylaş