Əsas Səhifə > Milli komandalar > Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti dəfə heç-heçə edib

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti dəfə heç-heçə edib


17-07-2023, 21:50


Latviyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin yığma komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Azərbaycan yığmasının heyətində 36-cı dəqiqədə Sevinc Cəfərzadə fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında iyulun 14-də keçirilmiş ilk matç da 1:1 hesabı ilə nəticələnmişdi.
Geri qayıt