Azərbaycan millisinin üzvü Bolqarıstan klubuna keçə bilər
Ukraynanın "Aleksandriya" klubundan ayrılan azərbaycanlı futbolçu Emil Mustafayev karyerasını Bolqarıstanda davam etdirə bilər.
BrendSport.az xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi MOİK-lə danışıqlar aparır.
Transfer baş tutsa, gənc vinger Sofiya təmsilçisinə azad agent kimi keçəcək.
Qeyd edək ki, Emil Mustafayev 2021-ci ilin noyabrından Azərbaycanın U-21 yığmasında çıxış edir.
Facebook-da paylaş