Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin üzvü Bolqarıstan klubuna keçə bilər

Azərbaycan millisinin üzvü Bolqarıstan klubuna keçə bilər


24-06-2023, 20:00


Ukraynanın "Aleksandriya" klubundan ayrılan azərbaycanlı futbolçu Emil Mustafayev karyerasını Bolqarıstanda davam etdirə bilər.

BrendSport.az
xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi MOİK-lə danışıqlar aparır.

Transfer baş tutsa, gənc vinger Sofiya təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Emil Mustafayev 2021-ci ilin noyabrından Azərbaycanın U-21 yığmasında çıxış edir.
Geri qayıt