Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki taekvondoçumuzun dünya çempionatındakı ilk rəqibi müəyyənləşib

İki taekvondoçumuzun dünya çempionatındakı ilk rəqibi müəyyənləşib


Azərbaycanın taekvondoçuları Səyyad Dadaşov (54 kq) və Minayə Əkbərovanın (46 kq) Bakıda keçirilən dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, bu, mundialın beşinci gününün püşkatma mərasimində bəlli olub.
Gənclər arasında Avropa çempionu Səyyad Dadaşov yarışa 1/16 finaldan başlayacaq. O, bu mərhələdə Omonjon Otajonov (Özbəkistan) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə yarışacaq.
Minayə Əkbərova da debüt görüşünə 1/16 finaldan başlayacaq. İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı bu raundda Ruka Okamoto (Yaponiya) - Sarai Sançes (Puerto-Riko) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş