Taekvondoçularımız üçüncü Avropa Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcəklər
Azərbaycan taekvondoçuları aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək üçüncü Avropa Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcəklər.
BrendSport.az xəbər verir ki, baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) yarışda qüvvələrini sınayacaqlar.
Turnirdə hər çəki dərəcəsinin qalibi Polşada təşkil olunacaq üçüncü Avropa Oyunlarında iştirak hüququ qazanacaq.
Bu gün Rumıniyaya yollanan taekvondoçularımız aprelin 10-da Bakıya qayıdacaqlar.
Qeyd edək ki, Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında Azərbaycanın 7 taekvondoçusunun iştirakı artıq təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mötəbər yarışa vəsiqə əldə ediblər. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.
Facebook-da paylaş