Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız beynəlxalq turnirlərdə iştirak edəcək

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız beynəlxalq turnirlərdə iştirak edəcək


Taekvondo üzrə böyüklərdən ibarət milli komanda martın 6-9-da Tehranda keçiriləcək “Fajr Open”, ayın 10-13-də isə Asiya regionu üzrə G2 kateqoriyalı “President Cup” beynəlxalq turnirlərində iştirak edəcək.
Azərbaycan Taekvondo Federasiyasından BrendSport.az-a bildiriblər ki, taekvondoçularımız yarışlarda federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə iştirak edəcək.
Komandada 22 (14 kişi və 8 qadın) idmançı yer alıb. Kişi taekvondoçulardan Səyyad Dadaşov, Rahid Vəliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov, Qaşım Maqamedov (63 kq), Yaşar Məmmədli, Cavad Ağayev (68 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Eltac Qafarov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq), Radik İsaev (87 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.
Qadınların yarışında isə ölkəmizi Minayə Əkbərova, Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova, Səidə Əliyeva (53 kq), Fatimə Məcidova (57 kq), Nuranə İbrahimova (62 kq), Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş