Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sərbəst güləşçilərimiz Avropa çempionatında daha dörd medal qazana bilərlər

Sərbəst güləşçilərimiz Avropa çempionatında daha dörd medal qazana bilərlər

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatının ikinci günündə beş çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

BrendSport.az
xəbər verir ki, milli komandamızın üzvü İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində ukraynalı Taras Markoviçə uduzub - 4:5.
Cəbrayıl Qadjiyev (74 kq) təsnifat mərhələsində avstriyalı Simon Markl üzərində inamlı qələbə qazanıb - 6:1. Yığmamızın üzvü səkkizdəbir finalda Olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Frank Çamizoya (İtaliya) məğlub olub - 4:9. Rəqib finala yüksəldiyi üçün C.Qadjiyev təsəlliverici görüşdə türk Soner Demirtaşla qarşılaşacaq.
Abubakr Abakarov (86 kq) səkkizdəbir finalda türk Fatih Erdinə qalib gəlib - 7:5. Təmsilçimiz dörddəbir finalda Avropa çempionu Dauren Kuruqlievə (Yunanıstan) məğlub olub - 0:9. Rəqib finala yüksəldiyi üçün A.Abakarov təsəlliverici görüşə çıxacaq. İdmançımızın rəqibi Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) qarşılaşmasının qalibi olacaq.
Çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Osman Nurmaqomedov mübarizəyə dörddəbir finaldan qoşulub və israilli Filip Finesilverə tam üstünlüklə qalib gəlib - 10:0. O.Nurmaqomedov yarımfinalda slovakiyalı Ermak Kardanov üzərində də inamlı qələbə (6:0) qazanaraq adını finala yazdırıb. Güləşçimiz həlledici görüşdə türk Feyzullah Aktürklə qarşılaşacaq.
Güləşçimiz Georgi Meşvildişvili (125 kq) ilk mərhələdə almaniyalı Gennadi Kudinoviç üzərində təmiz qələbə qazanıb. Təmsilçimiz dörddəbir finalda türk Olimpiya, dünya və Avropa çempionu Taha Akgüllə bacarmayıb - 1:3. Titullu rəqib finaladək irəliləyib. G.Meşvildişvili bürünc medal uğrunda italiyalı Abraham Konyedo ilə güləşəcək.
Bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri aprelin 19-da keçiriləcək.
Xatırladaq ki, sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) isə gümüş medala sahib olublar.


Facebook-da paylaş

Xəbəri paylaş