Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Atletika üzrə millimizin üzvü: Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik

Atletika üzrə millimizin üzvü: Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik

Çox məyus olduq, çünki biz bu yarışa komanda şəklində çox yaxşı hazırlaşmışdıq. Medal qazanma şanslarımız çox böyük idi. Ermənistanda Dövlət Himnimiz səslənə bilərdi. Mənə elə gəlir ki, Ermənistan xalqı Azərbaycanın Dövlət Himni səslənməsin deyə belə bir təxribat törətdi. Bu hadisə onların bizdən necə qorxduqlarını və necə barbar bir xalq olduqlarını bir daha sübut etdi.
BrendSport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində atletika üzrə millimizin üzvü Nazilə İsmayılova deyib.
O söyləyib ki, gələcək yarışlarda daha yaxşı iştirak edəcəklər. “Biz hər zaman olduğu kimi, gücümüzü, qüdrətimizi sübut edəcəyik. Çünki biz Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik. Heç bir təhlükəsizliyimiz təmin olunmadı. Biz axşam saatlarında oteli tərk etmək istəyərkən, dedilər ki, sizin təhlükəsizliyinizi təmin edə bilmirik. Ona görə oteldən çıxmayın”, - deyə atletimiz qeyd edib.


Facebook-da paylaş

Xəbəri paylaş