Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağırlıqqaldırma üzrə millimizin üzvü: Ermənilər özlərini dünyada biabır etdilər

Ağırlıqqaldırma üzrə millimizin üzvü: Ermənilər özlərini dünyada biabır etdilər

İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ilə Ermənistan tərəfi sübut etdi ki, təşkilatçılıq bacarıqları yoxdur. Bu addım ilə onlar özlərini dünya ictimaiyyəti arasında biabır etdilər. Bu, həm də onların bizdən qorxmalarının göstəricisi idi.
BrendSport.az xəbər verir ki, bunu İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü İsa Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Bu hərəkətlə ermənilərin dünyada rüsvay olduqlarını söyləyən millimizin üzvü deyib: “Biz çempionata ciddi hazırlaşmışdıq, medal qazanaraq Dövlət Himnimizi səsləndirmək əzmində idik. Dövlətimizin başçısı, Birinci vitse-prezidentimiz və xalqımız bizə dəstək oldular. Buna görə onlara öz minnətdarlığımızı bildiririk. Çempionatda iştirak etməsək də, ölkəmizə qalib xalqın qalib idmançıları kimi qayıtdıq”.


Facebook-da paylaş

Xəbəri paylaş