Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



SOCAR-ın təşkilatçılığı ilə minifutbol turnirinə start verilib

SOCAR-ın təşkilatçılığı ilə minifutbol turnirinə start verilib


Aprelin 2-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə minifutbol turnirinə start verilib.
BrendSport.az xəbər verir ki, turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov komandalara uğurlar diləyib. Xalik Məmmədov müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətindən bəhs edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğını qeyd edib. O, ölkədə idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayıb.
Ümumilikdə on altı komandanın iştirak edəcəyi turnirdə SOCAR-ın yığma komandası ilə yanaşı, neft-qaz sənayesində fəaliyyət göstərən digər şirkətlərin komandaları mübarizə aparacaqlar.







Facebook-da paylaş

Xəbəri paylaş