Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Heydər Əliyev İli”nə həsr olunmuş intellektual yarışın qalibləri mükafatlandırılıblar

“Heydər Əliyev İli”nə həsr olunmuş intellektual yarışın qalibləri mükafatlandırılıblar

BrendSport.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib.

İntellektual yarışda 20-dən çox komanda iştirak edib. Bilik yarışı Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Oyunda Ümummilli Lider Heydər Əliyevin həyatı, onun siyasəti, müstəqillik tariximizdən, müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlar, igid döyüşçülərimiz, dövlət quruculuğumuz haqqında 24 sual verilib.

Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, “Red Devils” komandası birinci yerin, “Pentaqon” komandası ikinci yerin, “Business Gang” komandası isə üçüncü yerin sahibi olub.

Yarışın qalibləri BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar, kubok, medallar və xatirə hədiyyələri ilə təltif olunublar.


Facebook-da paylaş

Xəbəri paylaş