Güləş üzrə milli komandalarımızın Avropa çempionatı üçün heyətləri açıqlanıb
Aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı keçiriləcək.
BrendSport.az Dünya Güləş Birliyinə istinadla xəbər verir ki, Azərbaycan yığmalarının heyətləri açıqlanıb.
Sərbəst güləş yarışlarında ölkəmizi Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed Xaniyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Qiorqi Meşvildişvili (125 kq) təmsil edəcəklər.
Yunan-Roma güləşi yarışlarında millimizin üzvlərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) güclərini sınayacaqlar.
Qadın güləşçilərin mübarizəsində Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), İlona Dudyak Semkiv (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) medallar uğrunda yarışacaqlar.
Facebook-da paylaş